Rəqsanə canlı yayımda ağladı: “Məndən nə istəyirsiniz?” - VİDEO

“Bir insanı mühakimə etmək çox asandır. Amma mühakimə etdiyin insanın nə yaşadığını bilirsənmi? Mən düşünürəm ki, qadınlar həmişə bir-birinə dəstək verməlidirlər. Mənim etdiyim fotosessiyadakı geyimi nə televiziyada, nə də toylarda geyinmişəm. Həmin fotosessiya bir layihə üçün idi və mən bunu ilk dəfə yox, dəfələrlə etmişəm. Qadının qadına qarşı bu qədər aqressiv olması düzgün deyil. Bilmirik bir dəqiqədən sonra başımıza nə gələ bilər. Həyatdır, hər kəsin başına hər şey gələ bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Günə Uğurla" verilişində bir neçə gündür aparıcı Səidə Bəkirqızı ilə aralarında yaranmış qalmaqaldan danışarkən deyib.

Aparıcı haqda səsləndirdiyi fikirlərdən bəhs edən müğənni bildirib:

“Ola bilsin ki, hansısa cümlədə səhv etmişəm, nəsə demişəm. Amma mən ölüyə toxunmamışam. Toxunmuşamsa da, məni də başa düşün. Birincisi, mən danışmamalı idim, amma artıq əsəblərim tarıma çəkilib. Özümü cilovlaya bilmirəm, sinirlərim çox pozulub”.

Müğənni onunla bağlı müzakirələrə etiraz etdi: “Məndən nə istəyirsiniz? Nə alıb-verə bilmirsiniz mənimlə? Sevə-sevə təqdim etdiklərinizin efirdə, konsertlərdə geyimlərinə baxın.

Fotosessiyamdan danışarkən mənim ailəmə toxundu. Bu da istər-istəməz mənə təsir etdi. Müğənniyəm, qarşınızdayam, indiyə qədər haqqımda nə istəmisiniz demisiniz. Tənqid də qəbul etmişəm, deyilənlərə hörmətlə yanaşmışam. Amma o artıq həyat yoldaşıma qarşı təhqir həddini aşdı. Ona görə də əsəblərimi cilovlaya bilmədim”.

“Hazırda problemlərim olduğunu bildiyiniz halda mənə toxunmaq, məni incitmək nə qədər asandır... Bu gün bunu bilərək niyə üzərimə gəlirsiniz? Məndən nə istəyirsiniz? Qoyun rahat balalarımı saxlayım. Biz qadınıq, bir-birimizi başa düşməliyik. Yenə də o xanımla heç bir ədavətim yoxdur”, – deyə Rəqsanə özünə haqq qazandırmağa çalışıb. (Bakupost.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO