Xəbər verdiyimiz kimi, müğənni Doğuş 14 ildən sonra yenidən "Survivor"a qatılıb. İfaçının həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı da Dominikan Respublikasına getmək istədiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edərək "Dəli şeytan rahat dayanmır, deyir, dur, get "Survivor"a" yazıb.
Qeyd edək ki, cütlüyün Arda və Arın adlı əkiz oğulları var.

Bizim.Media