Xalq artisti Röya Ayxan ötən il barışdığı Xalq artisti Aygün Kazımovanın ad günündə qonaq olub.
Bizim.Media-nın məlumatına görə, estrada ulduzu gecədə jurnalistlərə açıqlamalar verib.
O, Kazımovanı bu sözlərlə təbrik edib:
“Xalqımızın, dostlarının, bizim-sizin adınızdan təbrik edirəm, yubileyi mübarək olsun. Bu il də uğurlar və əsası sağlamlıq arzu edirəm. Xonça gətirəcəyimlə bağlı zarafat etmişdim. Onu inşallah İlqarənin toyunda gətirərəm”.
Sara, Bizim.Media