Müğənni Nazənin Salayeva növbəti açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, ifaçı “Evdən evə” proqramında konsert verməməsi barədə danışıb.
O bildirib ki, buna səbəb doğmalarını itirməsi olub:
“Heç vaxt konsert verməyəcəm. Hər konsert afişam vurulanda bir doğmam ölüb. Anam-atam rəhmətə gedib. Rusiyada konsertlərimiz olub, afişalar vurulub, ya təyyarəyə nəsə olub, ya da getdiyimiz yerdə partlayış baş verib. Bəlkə də Allahdan bir xəbərdir bu? Hər dəfə bir əzizimi itirmişəm, qorxmuşam. Artıq əzizlərimi itirməkdən qorxuram. Mənim üçün çox ağırdır. Ondan əvvəlki il idi, libaslarımıza qədər hazır oldu. Amma elə bir hadisə baş verdi ki, konsert alınmadı”.
Sara, Bizim.Media