Tanınmış teleaparıcı Səidə Bəkirqızı müğənni Rəqsanə İsmayılovanı məhkəməyə verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə aparıcı “Musavat TV”yə açıqlamasında bildirib.
O, müğənninin üzrünü və ya təzminatını qəbul etməyəcəyini, şərəf və ləyatəqini alçaltdığına görə həbsini tələb edəcəyini vurğulayıb.
Qeyd edək ki, Səidə Bəkirqızı Rəqsanənin “body” geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid edib.
Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib, eyni zamanda Səidə Bəkirqızının atasına ünvanlanan təhqiramiz ifadələr işlədib.
Bizim.Media