Müğənni Nadir Qafarzadə Rusiyadakı səfərindən paylaşım edib.
Bizim.Media xəbər verir ki, o bu barədə instaqram səhifəsində video paylaşıb.
Qarlı hava olduğunu bildirən sənətçi soyuq olmadığını bildirib:
"Qəşəng qar var. Altdan-üstən geyinmişəm. Amma soyuq deyil. Rusiyanı sevirəm. Amma "ruspərəst" deyiləm. Moskvanı çox bəyənirəm. Burada çox ölkədən insan yaşayır. Əsas rahatçılıqdır, burada rahat olursan. Nəvəm üçün darıxıram, şirinim. Gündə 15 dəfə ona zəng edirəm".
Qeyd edək ki, N.Qafarzadənin oğlu Loğmanın 1 ay əvvəl övladı dünyaya gəlib.
Bizim.Media