"Arıqlamaq üçün yeməyinə diqqət et, idmana get. Mən artıq idman etmirəm. İç orqanlarını yaşlandırır. Bədənşəkilləndirməyə ehtiyac yoxdur, özünüzü öldürməyin".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayımda deyib.
O bildirib ki, bir çoxları çəki atmaq üçün iynə vurur. Bu isə sağlamlığa ziyandr:
"İynə çox yararsızdır. Bu gün tanıdıqlarım, hətta məşhurlar içində onu edən var. Onlara yazığım gəlir. O iynə onların axırına çıxacaq. Göbəkdən vururlar. Fatih Ürək də hazırda komadadır, iynəyə görə".
Bizim.Media