Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuş, əkizləri Arda və Arınla Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Bizim.Media xəbər verir ki, aparıcı Dubayda ailəsi ilə çəkdirdiyi fotoları yayımlayaraq bunları yazıb:
"Yeni ilin ilk həftəsi. Hər gün ümidlə açılan bir səhər, hər gecə ürəkdə böyüyən yeni arzular. Keçmişin ağırlığı yavaş-yavaş geridə qalır, ruhumuz isə yenilənməyə başlayır. Bu günlər bizə xatırladır ki, başlanğıclar həmişə sakit olur, amma güclü iz buraxır. Yeni ilin ilk həftəsi, inanmaq, cəsarət etmək və özünə bir şans daha vermək vaxtıdır".
Qeyd edək ki, X.Hidayətqızının Zaur adlı daha bir övladı var.





Bizim.Media