Müğənni Əminə Şirin ləhcəsi ilə bağlı tənqidlərə sosial şəbəkə hesabında etdiyi paylaşımda cavab verib.
Bizim.Media xəbər verir ki, sənətçi bakılı ailəsində doğulduğu üçün bu ləhcə ilə danışdığını bildirib.
O bunu qüsur hesab etmədiyini deyib:
"Bakılı ailəsində doğulmuşam, ona görə də bu ləhcə ilə danışıram. Bu, səhv və ya qüsur deyil. Mənim ləhcəmə ilişməyin. İnsanlığınızdan danışın, ləhcənin fərqi yoxdur".
"Hansı bölgədə doğulsaydım, oranın ləhcəsi ilə də fəxr edərdim. Bir şey tapa bilmirsiniz, qalmısınız nədə qüsur axtarasınız", - deyə müğənni bildirib.
Bizim.Media