Xalq artisti Röya Ayxan efirdə ağlayıb.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan sənətçiyə bu il vəfat edən atası Yaqub Nəcəfovun süni intellektlə hazırlanmış videosu göstərilib.
Atasının kadrlarını görə estrada ulduzu göz yaşlarını saxlaya bilməyib:
“Onun üçün çox darıxıram. Onunla həmişə dost olmuşam. Atam məni çox sevirdi, indi də sevsin. Onu bircə dəfə görmək üçün öz həyatımı da verərəm”.
Sara, Bizim.Media