Məşhur ispan müğənnisi Enrike İqlesias bu yaxınlarda dördüncü dəfə ata olub. Instagram-da 50 yaşlı ifaçı balacaların fotosunu paylaşıb. Şəkildə 8 yaşlı əkizlər Lusi və Nikolas, 5 yaşlı Meri və yeni doğulmuş uşaq yer alıb.
Bizim.Media xəbər verir ki, ulduz valideynlər hələ sonuncunun adını açıqlamayıblar.
Uşaqlar kameraya poz verərək ailənin yeni üzvünü qucaqlayırlar.
“Mənim günəşlərim”, – deyə Enrike şəkilə belə qeyd yazıb.
Xatırladaq ki, Enrike İqlesias və Anna Kurnikova 2001-ci ildə ifaçının “Escape” hitinə çəkilən klipdə tanış olublar. Bir il sonra isə aşiqlər musiqi mükafatlarından birində cütlük kimi birlikdə görünüblər.


Bizim.Media