Məşhur supermodel Cici Hadidlə aktyor sevgilisi Bredli Kuper evlənir.
Bizim.Media xəbər verir ki, 50 yaşlı aktyor 30 yaşlı modelə evlilik təklifi edib. Toyun 2026-cı ildə olacağı deyilib.
Qeyd edək ki, müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicinin adı aktyor Leonardo DiKaprio ilə hallanıb. Cici ilə Zaynın bir qız övladı var.
Bredli Kuperin isə model İrina Şeyklə münasibətindən Lea De Seine adlı bir qızı var. (Axsam.az)
Bizim.Media