“Ağsaqqal” obrazı ilə tanınan mərhum aktyor Azər Baxşəliyevin qızı Züleyxanın ad günüdür.
Bizim.Media xəbər verir ki, bu barədə Azərin həyat yoldaşı Nigar Baxşəliyeva paylaşım edib.
Nigar qızının 3 yaşının tamam olduğunu bildirərək onun yeni videosunu paylaşıb.
N. Baxşəliyevanın paylaşımı maraqla qarşılanıb, əksəriyyət Züleyxanın atasına çox bənzədiyini yazıb.
Qeyd edək ki, Azər bu ilin yanvarında dünyasını dəyişib.
Sara, Bizim.Media