"2025 Miss Turkey" yarışmasında səhnəyə 20-ci nömrə ilə çıxan Sıla Saraydemir münsiflər heyətinin qiymətləndirməsindən sonra müsabiqənin qalibi olub.
Bizim.Media xəbər verir ki, Türkiyə gözəli seçilən 22 yaşlı Sıla Saraydemir 1.80 metr boyundadır və Səhiyyə Elmləri Universitetinin Sosial Xidmətlər fakültəsinin dördüncü kurs tələbəsidir.
Saraydemir "Miss Turkey 2025"in qalibi olaraq Türkiyəni beynəlxalq gözəllik müsabiqələrində təmsil etməyə hazırlaşır.




Bizim.Media