Müğənni Nadir Qafarzadə sosial şəbəkələri tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Günə uğurla”da danışıb.
Nadir deyib ki, sosial şəbəkələrdə əxlaqsızlıq təbliğ edilir: “Müasirlik TikTok-da, sosial şəbəkələrdə pozğunluğu təbliğ etmək deyil. Onu müasirliklə əlaqələndirməyin.
Mahnıya qulaq asan yoxdur. Bu gün mahnı oxudum, 2 min insan elə-belə baxıb. Amma nəvəmlə şəkil qoymuşam 2 milyon baxış gəlib. Musiqi alətlərini satıb, taksi sürücüsü işləyin, bitib artıq”.
Bizim.Media