Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovdan ayrılmadığını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO
Bizim.Media xəbər verir ki, bu barədə Rəqsanə “Qonaqcanlı” verilişində danışıb.
İfaçı bildirib ki, ötən gün konsertdə səsləndirdiyi “Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib” açıqlaması səhv başa düşülüb:
“Demək istədim ki, həyatımda sevgi onunla bitib. Heç nə bitməyib, ailəmlə birlikdəyəm. O qədər dedilər, axırda bitəcək. Fazil müəllim Bakıda, uşaqlarımın yanındadır. O da dünəndən əsəbiləşib ki, sən demisən. Ayrılmamışıq. Ayrılıq elə bir şeydir ki, bunu gizlətmək olmaz, nə vaxtsa ortaya çıxacaq. Ayrılanda deyərəm, ayrılmışam, bitib. Məsələni nə qədər gizlədə bilərəm ki? Yalan söhbətdir”.
Xatırladaq ki, Rəqsanənin Fazillə evliliyindən iki övladı var.
Sara, Bizim.Media