Türkiyəli aktyor Tolqa Karel ondan şikayətçi olan keçmiş həyat yoldaşı, azərbaycanlı model Günay Musayevaya cavab verib.
Bizim.Media xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşım edərək Günayın narkotik maddə istifadəçisi olduğunu iddia edib:
"İnsanlar keçmişi unuda bilər, amma Türkiyə mediası arxivləri və məhkəmə qərarlarını təəssüf ki, qeydiyyata alır. Deyəsən, narkotik tədarükçün dəyişib və ya yeni bir filmin üçün piyar hazırlıqlarına başlamısan.
Oğlum Cahangirin 18 yaşına qədər, Türkiyə qalması daha xeyirli olacaq. Amma desən ki, artıq təmizəm, həkimdən müsbət qan və saç nümunələri gətir. Bəlkə fikrimi dəyişdim.
Məni heç tanımayan, sadəcə o qadının yalanları və şərlərinə görə, digər 4 uşağımın varlıqlarını ve yaşamlarını heçə sayıb. Sadəcə bir uşağımın üzərindən şəxsiyyətimə, mənə və ailəmə rəy bildirənlərin, digər uşaqlarımın qüruru və şərəfi üçün ciddi bir üzrxahlıq gözləyirəm. Əks təqdirdə ölümlü dünyadır, heç birinə qulluq haqqımı halal etmirəm". (axsam.az)



Bizim.Media