"Televiziya özünü dolandırmalı, işçi maaşı verməlidir. Amma reklamdan yaxşı pul qazanılır. Amma bu gün biz efirə gələndə telekanal onlara qonorar verməlidir. Bayağı mahnı ifaçılarını efirə günorta 1-ə və gecə yarısı səhər 5-ə qədər efirə buraxmaq lazımdır. Onları saat 3-dən sonra efirə buraxmaq olmaz. Müğənniləri bir-birinə qatmayın".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Öz aramızda" verilişində deyib.
Sənətçi kanalların müğənnilərə qonorar ödəməsi məsələsinə toxunub. O bildirib ki, kanallar ifaçıları çağıranda onlara pul ödəməlidir.
Elton başqa ölkələrdə Azərbaycan mahnılarının anonim kimi təqdim edilməsi məsələsinə toxunub:
"Türk kanallarında mahnılarımız anonim kimi yazılır. Bəstəkarlar İttifaqından bir mahnının üzvlüyünü keçirtmək 2 dollardır. Mədəniyyət Nazirliyi bunu edib, mahnılarımız üzv etməlidir. Ondan sonra mahnılarımız səsləndiriləndə müəllif adı yazılacaqİcra hakimləri rayonlarda konsert edib, oxuyan müğənniləri tanıtmalıdır. Edilmir". (axsam.az)
Bizim.Media