Əməkdar artist Ruhəngiz Musəvi müğənni İzzət Bağırovla bağlı qalmaqallı sözlər deyib.
Bizim.Media xəbər verir ki, "Günə uğurla" verilişinə gələn müğənni izzətin heç bir mahnısının yaddaqalan olmadığını deyib:
"İllər əvvəl Qorxmaz Əlilicanzadə məndən xahiş etdi ki, İzzətə dörd mahnı üçün dəstək ol. İzzəti Qorxmaz çıxardıb. Mahnılar rok, lirika idi. Elə studiyada öyrəndim. Ruhəngiz Musəvi özü də, mahnıları da hitdir. Tarixdə mənim adım yazılıb.
Mən nə oxumuşam hamısı hitdir. İzzətin də öz sevənləri var, mahnısına hit demək olmaz.
Oxuyur da... Onun çox mahnısı yoxdur. Mərifətli, yaxşı oxuyandır. Amma hit təzə çıxıb. Bu gün Ruhəngiz Musəvi aktualdır. Kimlə kimi müqayisə edirsiniz? 52 ildir sənətdəyəm. Gözütox insanam. Mən dünyanı gəzmişəm. Mən brendəm". (axsam.az)
Bizim.Media