Müğənni Günay İbrahimli həmkarı Nadir Qafarzadə ilə yaşadığı mübahisədən danışıb.
Bizim.Media xəbər verir ki, "Afaqla 10lar" verilişində etiraf edib.
O bildirib ki, Qafarzadə məclislərdən birində günayı oxumağa qoymayıb.
Sənətçi ona ünvanlanan "Məclisdə səni saxlatdıran olub" sualına "Bu yaxınlarda olub. Qəsdən edib: Nadir Qafarzadə..Mənim vaxtım idi, amma başqa müğənniyə yer verdi. Aparıcı müğənni Nadir idi.
Məni heç təqdim də etmədi. Ev sahibinə bunu bildirdim. Aramızda heç vaxt problem olmayıb. Hər zaman münasibətimiz yaxşı olub. Ondan incidim və bunu zəng edib özünə dedim də" cavabını verib. (axsam.az)
Bizim.Media