Əməkdar artist Elton Hüseynəliyev bir müddət öncə həmkarı Lalə Məmmədova ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində danışıb.
O bildirib ki, L. Məmmədova sənətə başladığı vaxtlarda Xalq artisti Brilliant Dadaşovanı yamsılayıb:
“Lalə Məmmədovaya da qulaq asıram, radioda çıxanda çevirmirəm. Sadəcə çox mahnı oxuyub, çoz mahnı oxumaq da bir şey deyil. Sadəcə Natavanla Laləni soruşdular, dedim, Natavan özüdür, amma Lalə Brilliant Dadaşovadır.
Sənətə başlayanda mütləq yamsılayırsan, bu, normal haldır. İndi özümü tapmışamsa, deməli, buna can atmışam. Mən ərkyana dedim, həm də bu, Laləyə ultimatum idi ki, səndə potensial var. Bu gün Lalə özüdür. Onu da demək istəyirəm ki, kopyalayaraq gəlmək ayıb deyil. Sadəcə Natavan özüdür”.
Sara, Bizim.Media