Türkiyənin məşhur müğənniləri Demet Akalın və Berkay Şahin altı ildən sonra barışıb.
Bizim.Media xəbər verir ki, bu barədə menecer Özgür Aras instaqramda video paylaşıb.
İfaçılar Arasın vasitəçiliyi ilə Ankara Hava Limanında görüşərək göz yaşları içində bir-birini qucaqlayıblar. Həmin anlar qısa müddətdə gündəmə çevrilib.
Qeyd edk ki, ikilinin küslüyü 2019-cu ildə hədiyyə saatın satılmaq istənilməsi iddiaları səbəbindən yaranmışdı.
Bizim.Media