Çinarə Məlikzadə: "Karyeram boyu həmişə çətin olanı seçmişəm"

Parlaq və özünəməxsus səsi olan Çinarə Məlikzadə bu günlərdə "Gedək üzü küləyə" adlı konserti ilə dinləyicilərinə unudulmaz anlar yaşadıb.

Bizim.Media xəbər verir ki, güclü səsi, emosional ifası, səhnədəki enerjisi və səmimiyyəti ilə yadda qalan sənətçi konsertdən dərhal sonra "Kaspi" qəzetinin suallarını cavablandırıb.


"O səhnə sənətçinin tək səsini yox, ürəyini də ölçür"

- Çinarə xanım, konsertinizin ideyası necə yaranmışdı? Bu addımı atmağın vaxtının çatdığını nə zaman hiss etdiniz?

- Sənət adamının daxilində qəribə bir səs olur. O səs səni heç vaxt aldatmır. Hansı addımı nə vaxt atmalı olduğunu ən doğru şəkildə deyir. Mən uzun illərdir həm Azərbaycanda, həm də Türkiyədə səhnədəyəm. Hər iki ölkədə tamaşaçının sevgisini görmüşəm, hiss etmişəm. O sevgi mənim üçün həm yol, həm işıq olub. Türkiyənin müxtəlif şəhərlərində arenalar, açıq hava məkanları, festivallar, Bakıda Heydər Əliyev Mərkəzi, Filarmoniya, "Hayal Kahvesi"... Bunların hamısı bir məktəb olub. Amma Heydər Əliyev Sarayı tamam başqa məsuliyyətdir. Çünki oraya yalnız ifa üçün yox, həm də özünü sınamaq üçün çıxırsan. O səhnə sənətçinin tək səsini yox, ürəyini də ölçür.

Düzünü desəm, uzun müddət "bu addıma hazırammı?" sualı ilə yaşamışam. Bir gün özümü dinlədim. Bu konsert mənim üçün sadəcə bir tədbir yox, illərin zəhmətinin səsinin eşidildiyi bir an idi. Tamaşaçı sevgisi isə bu səsin nə qədər doğru olduğunu göstərdi.

- Niyə məhz "Gedək üzü küləyə"?

- Tamaşaçılar məni məhz "Gedək üzü küləyə" ifamla tanımışdılar. Bundan əlavə, bu konsert həyatımda elə bir mərhələ idi ki, artıq heç nədən çəkinmədən özüm kimi olmağın vaxtı gəlmişdi. İstəyirdim ki, tamaşaçı da o enerjini hiss etsin - çətinliyə doğru getmək, qorxunu keçmək, özünlə barışmaq enerjisini ötürməyə çalışırdım. "Gedək üzü küləyə" həm də bir dəvətdir. Gəlin birlikdə üzümüzü küləyə tutaq. Yəni bu ad həm mənim yolumu, həm də bu konsertin ruhunu tam ifadə edir.

"Necə varamsa, elə də olacağam"

- Sarayın əzəmətli atmosferi sizdə nə kimi hisslər oyatdı?

- Saraya daxil olanda adamı ilk qarşılayan ağırlığı, tarixi, enerjisi olan bir nəfəs var. İnsan bir anlıq elə bilir ki, zaman dayanır. O səhnəyə çıxmazdan əvvəl pərdəarxasında dayananda adətən əllərim bir az titrəyir. Mənim üçün bu, çox gözəl hisdir - həyəcan. Həyəcan bitəndə sənət də bitir.

Sarayın həyəcanı isə tam fərqlidir. O səhnə sənə həm güvən verir, həm məsuliyyət yükləyir.

- Bu konserti yaradıcılığınızın bir mərhələsinin yekunu kimi dəyərləndirmək olarmı?

- Əlbəttə. Hətta deyərdim ki, bu konsert mənim üçün bir kitabın son səhifəsi və eyni zamanda yeni kitabın ilk cümləsi idi.

İllərdir topladığım təcrübə, səsimdəki dəyişiklik, daxilimdə böyüyən qadın - hamısı o axşama sığmışdı. Mən səhnəyə təkcə mahnılarla deyil, həm də yaşadıqlarımın, keçdiklərimin yükü ilə çıxdım. Tamaşaçı qarşısında gizlədəcəyim heç nə olmadı.

- Ölkənin ən böyük səhnəsində solo konsert vermək hər sənətçi üçün riskdir...

- Məncə, risk sənətçinin yanındakı ən sadiq dostdur. Risk etməyən sənətçi özünü heç vaxt tanımır. Karyeram boyu həmişə çətin olanı seçmişəm. Çünki rahatlıq insanı böyütmür.

Bu konsert də böyük bir risk idi. Hüquqi, təşkilati tərəfi, bilet satışı, tamaşaçının gözləntisi… Bunların hamısı sənətçini sınağa çəkir. Amma mən səhnəyə çıxanda bir fikri özümə şüar edirəm: "necə varamsa, elə də olacağam".

"Bir qədər sakitlik istəyirəm"

- Məncə, daxili balansım budur. Həyatda çox gülən, çox danışan, çox enerjili biriyəm. Amma səhnə tam başqa yerdir. Səhnəyə çıxanda içimdəki başqa bir Çinarə oyanır - daha sakit, daha duyğulu, daha həssas olan. Səhnədə heç nə gizlədə bilmirəm. Nə hiss edirəmsə, o andaca səsimə keçir. Tamaşaçı ilə aramızdakı bağ da elə buradan doğur.

Bizim.Media

- Qarşıda sizi hansı işlər gözləyir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynin inkişafını idarə edən əsas gen müəyyən edildi

Beynin inkişafını idarə edən əsas gen müəyyən edildi

Çinarə Məlikzadə: "Karyeram boyu həmişə çətin olanı seçmişəm"

Çinarə Məlikzadə: "Karyeram boyu həmişə çətin olanı seçmişəm"

1 dəqiqəlik görüş üçün 100 min təklif etdi

1 dəqiqəlik görüş üçün 100 min təklif etdi

“İnter” səfərdə üç xala sevindi

“İnter” səfərdə üç xala sevindi

"Liverpul"dan inamlı qələbə - VİDEO

"Liverpul"dan inamlı qələbə - VİDEO

Laçının işğaldan azad edilməsindən beş il ötür

Laçının işğaldan azad edilməsindən beş il ötür

Boşanmaların arxasında GİZLƏNƏN HƏQİQƏT: “TikTok ailələri dağıdır”

Boşanmaların arxasında GİZLƏNƏN HƏQİQƏT: “TikTok ailələri dağıdır”

İranda dollar rekord həddə bahalaşdı

İranda dollar rekord həddə bahalaşdı

Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU - FOTO

Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU - FOTO

Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Peskov: “Putin və Uitkoffun görüşü dekabrın 5-dək baş tutacaq”

Peskov: “Putin və Uitkoffun görüşü dekabrın 5-dək baş tutacaq”

Rubio Ukrayna rəsmilərindən üzr istədi

Rubio Ukrayna rəsmilərindən üzr istədi

Gürcüstan müxalifəti aclıq aksiyasını dayandırdı

Gürcüstan müxalifəti aclıq aksiyasını dayandırdı

Azərbaycan OPEC+ kvotalarının saxlanılması barədə qərarı dəstəklədi

Azərbaycan OPEC+ kvotalarının saxlanılması barədə qərarı dəstəklədi

Karateçimiz dünya çempionatında bürünc medal qazandı

Karateçimiz dünya çempionatında bürünc medal qazandı

Zelenski Yeni ildə istefa verəcək?

Zelenski Yeni ildə istefa verəcək?

Qətər Qran-prisində qalib bəlli oldu

Qətər Qran-prisində qalib bəlli oldu

Gürcüstanda atışma - 1 ölü, 2 yaralı var

Gürcüstanda atışma - 1 ölü, 2 yaralı var

ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

Zelenski: “Ukrayna üçün vacib günlərdir və çox şey dəyişə bilər”

Zelenski: “Ukrayna üçün vacib günlərdir və çox şey dəyişə bilər”

Cəlilabaddan Bakıya gətirilən xəstə körpə ÖLDÜ

Cəlilabaddan Bakıya gətirilən xəstə körpə ÖLDÜ

Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI

Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI

İran vitse-prezidentinin həyat yoldaşı avtomobil qəzasında öldü

İran vitse-prezidentinin həyat yoldaşı avtomobil qəzasında öldü

Cəmil Həsənli DTX-də dindirildi - Sərbəst buraxıldı

Cəmil Həsənli DTX-də dindirildi - Sərbəst buraxıldı

End of content

No more pages to load

RADİO