Xəbər verdiyimiz kimi həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Bizim.Media xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.
Rəqsanə İsmayılovanın müdafiəçisi Hikmət Əliyevin vəsatəti təmin edilib və məhkəmə müğənni barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.
Zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan razılığa əsasən, barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
*** 17:34
Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) instaqram hesabında məlumat yayıb.
“Çox sevindim, Rəqsanə ev dustaqlığına buraxıldı” – deyə Tolik paylaşımda qeyd edib.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu.
İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi. (Manset.az)

Bizim.Media