Müğənni Əkbər Əliyev həmkarı Roza Zərgərli ilə reallaşmayan münasibət və evlilik planları barədə açıqlama verib.
Bizim.Media-nın məlumatına görə, sənətçi müğənnilər arasında yalnız Roza ilə ailə qurmağı düşünə biləcəyini söyləyib:
"Onu sevirdim. Hətta təklif etmişdim ki, hər şeyi sıfırdan çox sevdiyim İstanbulda başlayaq".
Əkbər Əliyevin sözlərinə görə, münasibətin davam etməməsinə hər iki tərəfin işləri səbəb olub:
"Roza öz sənət fəaliyyətinə görə sevgimizi qurban verdi, məndə də öz işlərimə görə alınmadı".
Onun bu etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. (Milli.az)
Bizim.Media