“Gizli profil” filmi ilə bağlı yeni detallar üzə çıxıb.
Bizim.Media xəbər verir ki, baş rollarında Beren Saat, Yığıt Özşener, Gamze Karaduman və Furkan Andıçın rol aldığı film 19 dekabrda yayımlanacaq.
Filmdə Beren Saatın canlandırdığı “Rengin” obrazı jurnalistdir və gizli bir mövzunu araşdırmaq üçün kimliyini gizləyir. Bu müddətdə Zeyno ilə tanış olur və iki qadının arasında güclü birlik yaranır. Onların yaxınlığı getdikcə dərinləşir və bu Renginin ailəsində və karyerasında problemlərin yaranmağına səbəb olur. Onlar həyatlarındakı gizli həqiqətlə üzləşməyə məcbur qalırlar. (olay.az)
Bizim.Media