Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın açıqlamasını inandırıcı hesab etməyib.
Bizim.Media xəbər verir ki, “Afaqla 10lar” verilişində qonaq olan sənətçi Pərvinin “Türkiyədən təklif gəlmişdi, şərtləri çox çətin idi, 5 illik müqavilə idi” açıqlamasına münasibət bildirib:
“Çox serialda, filmdə rol aldım, amma elə şərtlər görmədim. Hansə şərtlər? Hər işdə müqavilə olur, modellikdə də razılaşma imzalanır. Lakin o şərtləri ilk dəfədir eşidirəm.
Çox inandırıcı deyil. Pərvini sevirəm. Amma hərdən saytlarda oxuyuram, deyirlər, “Türkiyədən belə təklif gəldi, qəbul etmədim”
İnsanlar niyə bunu demək məcburiyyətində hiss edir özünü? Bilmirəm. Sadəcə hər deyilənə inanmayın”.
Sara, Bizim.Media