Müğənni İradə İbrahimova həyat yoldaşı ilə ayrılıq iddialarına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Qonaqcanlı”da danışıb.
Bir müddətdir Bakıda olan sənətçi həyat yoldaşının onu dəstəklədiyini bildirib:
“İradə hazırda buradadırsa, həyat yoldaşından dəstək gördüyü üçündür. Bunun altında başqa məna axtarmağa ehtiyac yoxdur. Ailəmə də təşəkkür edirəm ki, mənə bu fürsəti yaratdılar”.
Qeyd edək ki, İbrahimova Ceyhun İzer adlı bəylə ailəlidir, illərdir Türkiyədə yaşayır və iki övladı var.
Sara, Bizim.Media