Aşıq Zülfiyyə İbadova həmkarı Aşıq Telli Borçalının ARB-nin əməkdaşına hücum etməsindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində açıqlama verib.
Zülfiyyə küsülü olduğu Tellinin həmin an özündən çıxmasına münasibət bildirib:
“O videonu mən də gördüm, yəqin əsəbi olub, sonradan peşman olub. Bəlkə də bilə-bilə etməyib. Canlı yayımda hər şey ola bilər. Qətiyyən elə reaksiya vermərəm. Mən zarafat olduğunu düşündüm. Ola bilər ki, ərk edib. Hərə bir xarakterin sahibidir. Nə deyim vallah? Babək ümumilikdə dedi ki, insanın xasiyyətini bilməlisən, əsəbiləşə bilər, işinə diqqətlə yanaşmalısan. Mənim mahnımın yerində başqa mahnı verilsə də, deyərəm səhvdir olub. Hamı ölümü bilərək yaşasa, kimsə kiminsə xətrinə dəyməz”.
Zülfiyyənin oğlu Babək Quluzadə isə bunun şou olduğunu iddia edib.
Sara, Bizim.Media