Müğənni Səidə Dadaşovanın anası, aktrisa Sədaqət Dadaşova ilk dəfə qızının iddialarına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Elgizlə izlə”yə qoşularaq danışıb.
Sədaqət xanım qızının həyat yoldaşı barədə danışmaq istəmədiyini söyləyib:
“Hər şey əladır. Heç bir düşmənlik yoxdur. Səidə qızımın yanındakı insanlar ona nəsə deyirlər, ürəyi təmizdir, inanır, sözə gedir. Biz başını boş buraxırıq.
Mən o adam barədə danışmaq istəmirəm. (Səidənin həyat yoldaşını nəzərdə tutur – red.). Heç bir ana, xala istəməz ki, balası pis vəziyyətə düşsün, onun həyatı pis olsun. Gəlsin soraqları, yansın işıqları. Çəkilib qıraqda oturmuşam.
Buna qlobal səbəblər var. Heç nə danışmıram. Allah Səidəni xoşbəxt etsin, bir balasını min budaq etsin. Hərdən qohumlarım mənə göndərirlər. Yoxsa sosial şəbəkələrlə maraqlanan deyiləm. Qohumlar göndərir ki, bax, nələr deyirlər.
Baxıram ki, bunlar ölümümü gözləyirlər. Sizcə, bu nə qədər düzgündür? Məni yalnız valideynlər başa düşər”.
Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır.
Sara, Bizim.Media