Tanınmış meyxanaçı Rəşad Dağlı dərialtı iltihabına görə əməliyyat keçirib.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlı əməliyyat olundu - FOTO
Bu barədə meyxanaçının qardaşı Ağa Əmirov Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə qardaşının səhhətində problem yarandığı üçün müraciət olunub və müayinədən sonra əməliyyata qərar verilib.
Kiçik əməliyyatdan sonra hazırda meyxanaçının vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, Rəşad Dağlı adam öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şəfiqə Şəfa, Bizim.Media