Müğənni Aysun İsmayılovanın bir neçə gün əvvəl sevgilisinin evlilik təklifinə “hə” dediyini açıqlamışdıq.
Bizim.Media xəbər verir ki, bu ay nişan mərasimi keçiriləcək olan müğənni evlilik təklifi aldığı görüntüləri “Instagram”da izləyiciləri ilə bölüşüb.
Həmin kadrlarda Aysunun evlilik təklifindən sonra kövrəldiyi görünür. İfaçı sözügedən videonu sevgi etirafı yazaraq paylaşıb:
“Sən özünü məndən soruş, mənim əvəzolunmazım. Kim sevə bilər, mənim qədər səni? Təkcə sənsən alım yazım”.
Bizim.Media