Əməkdar artist Manana Caparidze ad gününü "Həmin Zaur" proqramında qeyd edib.
Bizim.Media xəbər verir ki, həyat yoldaşı Georgi studiyaya gələrək onu Azərbaycan dilində bu sözlərlə təbrik edib:
"Səni sevirəm, mənim sevgilim. Səni çox sevirəm".
İfaçı 14 ildir evli olduğu Georginin Azərbaycan dilində danışmağı öyrəndiyini bildirib. O, Gürcüstanda olanda kimsə onları anlamasın deyə bir-birləri ilə azərbaycanca danışdıqlarını etiraf edib.
Bizim.Media