Toyundan sonra artıq çəki alan müğənni Sevda Yahyayeva hamilə olmasıyla bağlı iddialara cavab verib.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda danışmaq istəmədiyini bildirsə də, kökəlməsinin sirrini bölüşüb:
"İdmana ara vermişəm, daha doğrusu yeməyi çoxaltmışam. Biş-düş edib, oradaca yeyirəm. Ona görə təcili idmana başlamalıyam, o mənim çəkimi qoruyur. Uzun müddət fasilə verəndə kökəlirəm, oradan qaynaqlanır".
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir. (Axşam.az)
Bizim.Media