Hazırda "Aziz" serialında rol alan aktrisa Damla Sönməz müsahibəsi ilə gündəmə gəlib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa seriallarda ona icazə verilməyən nüansı açıqlayıb:
"Mənim gözümün altı tünd rəngdədir. Üzümdə xarakterik bir ifadə yaratsa da, seriallarda buna icazə vermirlər. Çünki qəbul edilmiş bir gözəllik standartı var. Bu mənə təsir etsə də, fikir vermədən yaşamağa çalışıram”.
Bizim.Media