Türkiyəli aktyor Murad Yıldırım yeni serialı "Aziz" üçün pəhriz saxladığını açıqlayıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 3 ay ərzində 10 kiloqram arıqladığını bildirib.
Həmin vaxt ərzində meyvə-tərəvəz yeməyə üstünlük verən Yıldırım siqareti də tərgidib.
Hər gün yürüş edən aktyor bitki çayları və bol su içdiyini də qeyd edib.
Bizim.Media