Müğənni Xatun Əliyeva bir müddət əvvəl dünyasını dəyişən qardaşı stilist Balaş Əliyev barədə danışıb.
Bizim.Media xəbər verir ki, sənətçi ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində qonaq olub.
O, qardaşından danışaraq göz yaşlarına boğulub:
"Ümumiyyətlə, onun bu dünyadan vaxtsız gedişi hər kəsi yandırdı. Çünki sözün əsl mənasında, gecə-gündüz ailəsi üçün canını verən yaxşı insan idi. Biz evdə dörd uşaq idik. İki bacı, iki qardaş. Hər zaman çalışırdı ki, aramız mehriban olsun. 37 yaşında rəhmətə getdi, elə bil 70 yaşında rəhmətə getdi. Öz həyatını yaşaya bilmədi. Sakit insan idi. Tanıyanlar bilir".
Bizim.Media