Rusiyanın Sankt-Peterburq şəhərinin sakini Kseniya Davidova evli qadınların yarışdığı "Mrs. Top Of The World 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalib olub.
Bizim.Media xəbər verir ki, 29 yaşlı Kseniya Davidova üç uşaq anasıdır. O, özəl şirkətlərdən birində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis işləyir.
Dünyanın ən gözəl evli qadını boş vaxtlarında səyahət etməyi və yemək bişirməyi sevdiyini deyib.
Qeyd edək ki, müsabiqədə Böyük Britaniya, Latviya, Kipr, BƏƏ, Hindistan və bir sıra digər ölkələrdən olan evli qadınlar yarışıb.
Bizim.Media