Müğənni Sevda Yahyayeva toydan sonra həyat yoldaşı Zakir Bayramovla birlikdə "Zaurla Günaydın" proqramında qonaq olub.
Bizim.Media xəbər verir ki, toy zamanı bütün qaydalara əməl etdiyini deyən Sevda məhdudiyyətə görə çox dostunu dəvət edə bilməyib:
"Qaydalara əməl edib, 150 qonaq çağırdıq. Hamı da qatılmışdı. Çağırmadığımız insanlar oldu. Onu da say məhdudiyyətinə görə edə bilmədik".
Z.Bayramov isə deyib ki, verilişə gələndə Sevdaya canlı ifa şərtini qoyduğunu gizlətməyib:
"Dedim ki, canlı oxuyacaqsansa, gəlirəm. Canlı oxumasını istəyirəm. Bundan sonra verilişlərdə canlı oxumasını istəyirəm".
Bizim.Media