Məşhur sənətkarların sənətçi övladları

Bəzi məşhurlar öz övladlarının sənətçi olmasını istəmirlər. Onlar bu peşənin çox çətin olduğunu hesab edirlər. Ona görə də övladlarını bu sahədən uzaq tutmağa çalışırlar. Amma onların arasında ata-baba yolunu seçib sənət sahibi olanlar da aza deyil.

Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti Nəsibə Zeynalova atasının yolunu davam etdirib. Nəsibə Zeynalovanın atası Cahangir Zeynalov Azərbaycan realist aktyor məktəbinin banisi, teatr xadimi olub. Nəsibə xanım Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alıb. Azərbaycanın bir çox filmlərində oynayıb.



Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə olub. Nəsibə xanımdan sonra onun oğlu Cahangir Zeynalov da ata-baba yoluna sadiq qalıb. Teatr-kino aktyoru olub, rejissorluq edir. Nəvə Cahagir Zeynalov hazırda Türkiyədə teatr sənətinin tədrisi ilə məşğuldur.

Dünya şöhrətli xanəndə Alim Qasımovun qızı Fərqanə Qasımova da atasının yolu iə gedib. Fərqanə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb.  1996-cı ildən başlayaraq, atası Alim Qasımov ilə birgə H.Əliyev adına sarayın səhnəsinə çıxıb. Bir neçə xarici festivalda Azərbaycanı layiqincə təmsil edib. Əməkdar artistdir.



Aygün Kazımovanın qızı İlqarə Kazımova da anasının peşəsini seçib. İlqarə 5 yaşından mahnı oxumağa başlayıb. Uzun müddət Aygün Kazımovanın konsertlərində çıxış edib. 2011-ci ildə "Eurovision 2011" seçim turlarına qatılmış, finala qədər irəliləmiş, finalda isə məğlub olub. İlk mahnısı Aygün Kazımova haqqında oxuduğu "Mənim Anam" mahnısı olub. Mahnının söz və musiqisi Xanım İsmayılqızına aiddir. Mahnıya klipi Ülviyyə Könül lentə alınıb.




Roza Zərgərlinin mənəvi oğlu Corc Qafarov anası kimi filmlərdə çəkilir. Onun ilk filmi Roza Zərgərli ilə birlikdə olub. Corc həmçinin bələdiyyə seçilərində qalıb gələrək bələdiyyə üzvü seçilib. 



Müğənni Rəqsanənin qızı Aysun İsmayılova da anasının sənətini seçib. Həmçinin Aysun İsmayılova filmlərə də çəkilir. O, film təklifləri gələrsə də qəbul edəcəyini bildirib. 




Sevilən müğənni Aybəniz Həşimovanın qızı da anasının sənətini seçib. Aynişan “Eurovision 2011” in seçim turlarında iştirak edib. Xarici festivalda Azərbaycanı təmsil edib. Qələbə ilə geri qayıdıb.





Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti Ramiz Novruzun oğlu Cavidan Novruz da atasının davamçısıdır. O, aktyorluqla yanaşı Azər Zeynalovdan vokal dərsləri də alıb. O ifaçı kimi Türkdilli dövlətlər arasında keçirilən müsabiqədə Azərbaycanı layiqincə təmsil edib. "Avrasiya yıldızı" yarışmasında 2-ci yer tutub. Eyni zamanda da ifa etdiyi mahnılar var ki, bəstələri özünə aiddir.



Azərbaycan Respublikasının xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiq anasının yolu ilə gedir. O anası ilə birlikdə komediya filmlərinə çəkilib. Həmçinin musiqi ilə məşğul olur.
Siyahı uzandıqca, uzanır. Bu dəfəlik isə bu qədər. Gələn buraxılışlarımızda sizə daha maraqlı məlumatlar hazırlayacağıq.



Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nabi Keyta "Ferentsvaroş"da QALDI

Nabi Keyta "Ferentsvaroş"da QALDI

"Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım"

"Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım"

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da

"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da

Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Alim Qasımov nəvəsinin toyunda ailəsi ilə belə RƏQS ETDİ - VİDEO

Alim Qasımov nəvəsinin toyunda ailəsi ilə belə RƏQS ETDİ - VİDEO

“Araz-Naxçıvan” məşqləri bərpa etdi

“Araz-Naxçıvan” məşqləri bərpa etdi

Hədiyyəsinə baxanda üzərinə yol nişanı aşan Sərxan evə buraxıldı - VİDEO

Hədiyyəsinə baxanda üzərinə yol nişanı aşan Sərxan evə buraxıldı - VİDEO

Fərqanə Qasımova toyda qızı üçün OXUDU - VİDEO

Fərqanə Qasımova toyda qızı üçün OXUDU - VİDEO

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu - FOTO

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu - FOTO

Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Daha bir ölkədə “Novruz” milli bayram ELAN EDİLDİ

Daha bir ölkədə “Novruz” milli bayram ELAN EDİLDİ

Bu tələbələrlə əmək müqaviləsi BAĞLANACAQ

Bu tələbələrlə əmək müqaviləsi BAĞLANACAQ

Trampı İrana zərbə endirməkdən imtina etməyə kimsə RAZI SALIB?

Trampı İrana zərbə endirməkdən imtina etməyə kimsə RAZI SALIB?

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

İranda etirazlar DAVAM EDİR: “Xameneiyə ölüm!” - VİDEO

İranda etirazlar DAVAM EDİR: “Xameneiyə ölüm!” - VİDEO

“Sumqayıt” Antalya toplanışını məğlubiyyətlə başa vurdu

“Sumqayıt” Antalya toplanışını məğlubiyyətlə başa vurdu

İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

Manaf həmkarlarını TƏNQİD ETDİ: “Bunların hamısı nankordur!” - VİDEO

Manaf həmkarlarını TƏNQİD ETDİ: “Bunların hamısı nankordur!” - VİDEO

Oktay Kaynarcanın narkotik testinin nəticəsi AÇIQLANDI

Oktay Kaynarcanın narkotik testinin nəticəsi AÇIQLANDI

“Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?

“Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?

İnsanların daha tez qocalmasına səbəb olan məhsullar açıqlandı - Onlardan UZAQ DURUN

İnsanların daha tez qocalmasına səbəb olan məhsullar açıqlandı - Onlardan UZAQ DURUN

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verildi - FOTO

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verildi - FOTO

End of content

No more pages to load

RADİO