Elgiz Əkbərin yeni mövsümə yeni imicla başladığı barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, ötən gün yeni görünüşdə "Elgizlə izlə" proqramına başlayan Elgiz allergiya olub.
Həkimə müraciət edən E.Əkbər saqqalından imtina etmək məcburiyyətində qalıb.
Aparıcı üzünün səpdiyini, həkim məsləhəti ilə saqqalını kəsdiyini bildirib:
"Yeni imicim başıma oyun açdı. Bütün üzüm səpdi. Səhərə kimi yatmamışam, qaşınıb. Elə qorxdum ki... Həkim dedi, imicindən imtina et. Baxın görün, üzüm nə hala düşüb".
Bizim.Media