Netflix-in ən çox baxılan serialları

Bizim.Media 1997-ci ildə yaradılan Netflix şirkətinin istehsalı olan, izləyicilər tərəfindən yüksək qiymətləndirilən serialların siyahısını hazırlayıb.

TOP 7-likdə yerləşən həmin serialları sizə təqdim edirik. 

1. “Messiah”-IMDb 7.9



Tarix boyu müqəddəs kitablardan adını oxuduğumuz Məsihin bir serialda baş qəhrəmanı kimi yer alması şübhəsiz ki, hər kəsin diqqətini cəlb etdi. Serial 1 yanvar tarixindən etibarən Netflix-də yayımlanmağa başlayıb.

Sujet xətti Suriyanın paytaxtı Dəməşqin əl-Məsih tərəfindən xilas edilməsindən və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hadisədən şübhə edərək Məsihə qarşı apardığı təqibdən bəhs edir. Serialın rejissorları James McTeigue və Kate Woods’dur. İzləyici kütləsi daha çox Amerika, Türkiyə, İsrail və İspaniyadandır.




1 sezon və 10 bölümdən ibarət olan seialın hər bölümü 38-55 dəqiqədir. Artıq izləyicilər ikinci sezonun çıxmasını səbrsizliklə gözləyirlər. Bəzi təxminlərə görə yeni sezon 2020-ci ilin yanvarında yayımlanacaq.





2. “The Stranger Things”- İMDB 8.8



“The Stranger Things” serialı da yüksək izləyici kütləsinə sahibdir. Serialın ilk bölümü 2016-ci ildə yayımlanıb. Mövzusu ilə bizi 80-ci illərə aparan serialın rejissorları Matt və Ross Duffer qardaşlarıdır.




Bizi sirrli bir macəra ilə 80-ci illərə götürüb-aparan bu serial dram, triller və fantaziya janrlarını əhatə edir. Senarisi elmi fantastika janrının uğurlu nümunəsi kimi də tanınır. Serial 12 yaşlı, Vill adlı, hindu uşağın qəfil itməsi ilə başlayır.

Baş rollarda uşaqların yer alması izləyicilər tərəfindən ilk olaraq sıxıcı qarşılansa da məharətli aktyorluq bacarıqları, serialda göstərdikləri performans həmin mənfi düşüncələri bir dəfəlik yox etməyə müvəffəq olub.




Serialın hazırlanmış layihəsi Netflix-dən təsdiq alınmazdan əvvəl 11 dəfə rədd edilib. Serialın adı ilk olaraq “Montauk” adlandırılıb. Və çəkiliş məkanı New-Yorkda düşünülsə də sonrada İndianaya köçürülüb. Serial 3 sezon olmaqla, 8 bölümdən ibarətdir. 

3. “The Stranger” – İMDB 7.3



2020-nin yeni seriallarından biri olmağına baxmayaraq izləyicilər tərəfindən geniş maraqla qarşılanan “The Stranger” serialı 1 sezon və 8 bölümdən ibarətdir.

Janr olaraq dram sayılsa da içərisində aksiyon və qorxu dolu anların çoxluğu filmin daha çox izlənməsinə səbəb olub. Serial Harlan Kobenin 2015-ci ildə yazdığı eyni adlı kitabından götürülüb.




Serialın ana xətti baş qəhrəman Adam Praysın həyatından bəhs edir. O, klubların birində olarkən yanına bir yad qadın əyləşir və Adam’a həyatyoldaşının onu aldatdığını söyləyir.

Bundan təəccüblənən Adam deyilənləri araşdırmağa başlayır və nəticədə həyatının heç də göründüyü kimi olmadığını başa düşür. Beləliklə serialın kulminasiya nöqtəsi bu hadisələrdən sonra izləyicilərə təqdim edilir.

4. “Ragnarok”-İMDB 8.5




31 yanvar yayıma başlayan “Ragnarok” serialı izləyiciləri iki qismə bölüb. Belə ki, bir qisim serialın yeniyətmələr üçün olduğunu, digər qisim isə hər kəsin izləməsini gərək duyan çağırışlar edir. Serialın müəllifi isə bundan əvvəlki serialda hər kəsə  tanış olan Adam Praysdır. Serialın rejissorları isə Mogens Hagedorn və Jannik Johansen’dir. 




Skandinaviya mifində yer alan “Ragnarok” sözü əsasən baş verəcək fəlakətlərin mənasını verir.

Belə ki, serialda da Norveç iqliminin dəyişikliyi səbəbindən ölkənin həmçinin Edda şəhərində baş verən fəlakətdən söz açılır. Şəkildə gördüyümüz yeniyetmələr isə bu fəlakətin qarşısını almaq üçün böyük bir mübarizəyə başlayırlar.

Serial 1 sezon və 6 bölümdən ibarətdir.

5. “Freud” – İMDB 6.1



Serial ilk olaraq 70-ci Berlin Film Festivalında nümayiş etdirilib. Və Avstraliyanın ilk Netflix serialı olaraq diqqət çəkib. Film psixoanlitikanın qurucusu Sigmund Freydin həyatından bəhs edir, və avtobiografikdir. Serial kriminal janrında olmaqla gənc Freydin 1800-cü illərdə Vyannada baş verən cinayət əməllərini bir dedektivlə aşkara çıxarmasından bəhs edir. 




Serialın rejisoru Avstriya-Alman yazçısı Marvin Krendir.
Serial 1 sezon 8 bölümdən ibarətdir.

6. “Unorthodox”-İMDB 8.2




Serial Amerikan-Alman yazıçısı Deborah Feldmanın 2012-ci ildə yazdığı kitabı əsasında çəkilib, avtobioqrafikdir. Müəllif öz yaşadığı hadisələri qələmə alıb. Serial New-York’da yaşayan Pravoslav Yəhudi İcmasının nümayəndəsi olan gənc bir qızın həyat hekayəsindən bəhs edir.

İcmanın adət-ənənəsi ilə məcbur evləndirilən qız, öz ayaqları üzərində durmaq, həmçinin sakit-xoşbəxt həyat yaşamaq üçün Berlinə qaçır. Lakin keçmiş həyatı onun yaxasını buraxmır. Və serialda hər şey bundan sonra başlayır. Serial 1 sezon və 4 bölümdən ibarətdir.





7. “La Casa De Papel”- İMDB 8.5



Bu filmi düşünürəm ki, izləməyən yoxdur. Netflix’in ən həyəcanlı və aksiyon dolu soyğun serialıdır. Serial, cinayətkar bir dahi tərəfindən mütəxəssis şəkildə hazırlanmış soyğunçuluq planının həyata keçirilməsindən bəhs edir. Serial Aleks Pina tərəfindən 2017-ci ildə ərsəyə gətirilib.

İspaniya Krallığı Zərbxanasında baş verən soyğunçuluq bütün dünyaya səs salır. Bu soyğun sadəcə oğurluq hadisəsi kimi deyil, həmçinin məşhur “Robin Hood”-u izləyicilərə xatırladır. Salvador Dali simalı maska taxan bu soyğunçular sanki ölkənin, xalqın xilaskarları rolunu oynayırlar.




Serial 4 sezon və 13 bölümdən ibarətdir. Yeni sezon hələ də izləyicilər tərəfindən səbrsizliklə gözlənilir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüqar Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən DANIŞDI

Vüqar Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən DANIŞDI

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO