Aparıcı Zümrüd: "Faiq Ağayevə inandım və …”

Aparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan aparıcı keçmiş sevgilisi ilə baş tutmayan məhəbbətindən və onu ölümlə şantaj etməsindən danışıb: 

“Sevdiyim oğlan qonşumuz idi. Onunla məktəb illərindən universiteti bitirənə qədər sevgili olduq. Daha sonra Rusiyaya getdi. Dedi, qayıdacam, evlənərik. Qayıdanda isə artıq pis vərdişləri var idi. Dəyişib başqa adam olmuşdu. Həm də əvvəlki qədər ona hisslərim yox idi. Həmin vaxt işləyirdim. Atası, anası məni qəbul etmədilər ki, o, aparıcıdır. Bununla belə sevgilim mənə deyirdi ki, mən qoymaram, sən kiminsə olasan. Toyun olsa, mən o toya bomba qoyaram. Zəng edirdi bizə dəfələrlə... Ona görə də qorxaraq yaşayırdım. Hətta bəzən iş yoldaşlarım gətirib məni anama təhvil verirdilər. Qorxduğumdan tək gəzə bilmirdim”. 

Aparıcı keçmiş evliliyindən də danışıb. O, keçmiş həyat yoldaşı ilə ailə qurmasına Xalq artisti Faiq Ağayevin vəsilə olduğunu açıqlayıb: 

“Yeni ulduz” yarışmasında aparıcı işlədiyim dövrlər idi. Bir gün studiyaya çoxlu güllər göndərdilər. Mənə zəng gəldi ki, Rusiyada bir ailə var, məndən yaman xoşu gəlir. Oğlan mənim üçün dəli-divanədir. Atası çox istəyir ki, mən onun gəlini olum. Sadəcə onun Rusiyada yaşamasına bir az narahat oldum və onunla evlənməyi artıq qurtuluş yolu gördüm. 

Sonra fikirləşdim ki, guya sevdim də nə oldu. Tanımadığım adama deyim, gəlsinlər tanış olaq, o, məni əl üstündə saxlayar. 8 mart günü mənə elçi gəldilər. Baxdım ki, oğlan da yaraşıqlıdır. İşi-gücü yerində, normal, ali savadlıdır. Özü də məni sevir, qəbul edir. Mən ona öz həyatımı da danışdım. Onunla evliliyimə vəsilə olan şəxs Xalq artisti Faiq Ağayev idi. Faiq onlarla həm qohum, həm də ailə dostu idi. 

Bir az da Faiq Ağayevin sözünə inanıb onunla ailə qurdum. Zəng vurdu, dedi ki, “Zuma, çox gözəl insandırlar”.

Düşünmədən dedim ki, Faiq, onlara de, gəlsinlər, tanış olaq. Bu gün mənim yanımda özüm boyda oğlum varsa, bunu Faiq Ağayevə borcluyam ki, vaxtında ailə həyatı qurmuşam. 6 ayın içində evləndik. Ailə həyatım 9 il çəkdi. Sonra ayrıldıq”. (baku.ws) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

End of content

No more pages to load

RADİO