Əməkdar artist Yusif Mustafayevin bu gün 70 yaşı tamam olur.
Bizim.Media xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi indiyə qədər ad günü keçirtməməsinin səbəbini açılayıb:
"Həyatda bir yolum olub. Heç vaxt öz ad günümü təmtəraqlı qeyd etməyi sevməmişəm, xoşum gəlmir. Çünki mən orada sərbəst olmayacağam.
Dostlarım çox təklif ediblər, amma istəməmişəm. Həm də adam gərək anlayışla qarşılaya. İndi insanlar toy edəndə görürsən ki, ehtiyac müəyyən qədər onları sıxır. Bəlkə o insan məndən keçə bilməyəcək və ad günümə gələcək. Bu şeyləri düşündüyüm üçün heç vaxt ad günü etmirəm". (axsam.az)
Bizim.Media