Müğənni Aysel Əlizadə bir vaxtlar adı hallanan “Yetim Elçin” ləqəbi ilə tanınan iş adamı Elçin Nəcəfovdan danışıb.
Bizim.Media xəbər verir ki, Aysel bu barədə “Öz aramızda” verilişində açıqlama verib.
İfaçının sözlərinə görə, iş adamının efirə çıxıb ondan şikayətçi olan həyat yoldaşından başqa xanımdan da uşağı var:
“Digər tərəflə mövzu açılır. Amma onun mənim vaxtımdan sevdiyi qadın olub. O qadından iki övladı dünyaya gəlib. Xanımından başqa… Bunlar efirdə deyilməyib.
Çünki o, sıradan həyat yaşayan qadındır. İnsanlar üçün vacib deyil. Eşitdiyimə görə o qadının adı da Ayseldir. Bir oğlu, bir qızı var. Bu mövzunu məndən uzaq tutun”.
Sara, Bizim.Media