Hollivudun məşhur aktyoru Dveyn “The Rock” Conson Venesiya festivalında göz yaşlarını saxlaya bilməyib.
Bizim.Media xəbər verir ki, o, yeni filmi “The Smashing Machine”in təqdimat mərasimində 15 dəqiqəlik alqışlarla qarşılanıb.
Filmdə Conson UFC döyüşçüsü Mark Kerrin həyatını və onun asılılıqla mübarizəsini canlandırıb.
Onun tərəf-müqabili məşhur aktrisa Emili Blant olub. Tənqidçilərin fikrincə, bu rol Consona nəhayət ki, ilk “Oskar” namizədliyini gətirə bilər.
Bizim.Media