Türkiyəli aktrisa Burcu Binici canlı yayımda huşunu itirib.
Bizim.Media xəbər verir ki, hadisə “CNBC-e” kanalında yayımlanan “Art-e” verilişi zamanı yaşanıb.
Verilişin qonağı olan aktrisa Burcu Binici çıxışı zamanı qəfil özünü pis hiss edərək yıxılıb.
Hadisədən dərhal sonra aparıcı Melis Hazal Karagöz yayımın dayandırılmasını istəyib. Məsələ ilə bağlı açıqlama verən Binici, anadangəlmə ürək ritm problemi səbəbindən qısa müddətli huşunu itirdiyini bildirib.
Bizim.Media