"Eurovision" təmsilçimiz, müğənni Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə yeni fotolarını paylaşıb.
Bizim.Media xəbər verir ki, cütlük birlikdə istirahətə yollanıb. Türkiyənin istirahət mərkəzlərindən birində dincələn Safurə görüntülərini İnstagram izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Safurə və Fərhad cütlüyünün 3 övladı var.
Bizim.Media