"Bu, tərbiyəsizliyin ən axırıncı nöqtəsidir"

Aktrisa Məlahət Abbasova bəzi müğənniləri tənqid edib.

O, səhnədə arxasını tamaşaçılara dönərək mahnı oxuyan müğənniləri mədəniyyətsiz adlandırıb: "Bizim vaxtımızda bir insana arxasını çevirib oturmaq, dönmək böyük mədəniyyətsizlik idi. İndi İnstaqramda qabağıma müğənnilər çıxır, mahnının ikinci saniyəsindən sonra arxasını dönüb sona qədər elə oxuyurlar. Niyə?".

Aktrisanın bu tənqidinə müğənnilərdən cavab gəlib.

Bizim.Media xəbər verir ki, Xalq artisti Gülyanaq Məmmədova qaynarinfo.az-a açıqlamasında hər kəsin göz qarşısında olduğunu bildirib: "Nə deyim, hər şey göz qarşısındadır. Məlahət xanımı çox sevirəm, onun özünə də, sənətinə də böyük hörmətim var".

Meyxanaçı-müğənni Samirə Yusifqızı isə hesab edir ki, Məlahət Abbasovanın bu iradı onların yaşıdlarına aid deyil: "Məlahət xanım onu bizim nəsil üçün deməyib. Bizim nəslin sənət adamları belə hərəkət etməz. Biz səhnə mədəniyyəti görmüşük, ali təhsil almışıq, müəllimlərimizdən səhnədə necə davranmağı öyrənmişik. Tamaşaçı qarşısında ədəb-ərkanla dayanırıq. Səhnədə olan müğənninin tamaşaçıya arxasını çevirib mahnı oxuması hörmətsizlik yox, tərbiyəsizliyin ən axırıncı nöqtəsidir. Onlar da neyləsinlər, bu boyda pul xərcləyiblər, əziyyət çəkiblər, plastik həkimlərin əli ilə popolarını şişirdib şara döndəriblər. Onu göstərməlidirlər, ya yox. Hətta camaatın gözünə soxmalıdırlar ki, bu var. Burada sənətdən danışmağın yeri yoxdur. Bu, sənət deyil".

Meyxanaçı-müğənni bu məsələdə TV-ləri də günahlandırıb: "Əslində onları bu günə efirlər qoyub. Onları reytinq xatirinə efirə dəvət edirlər. Nədir ki, bir-birini qırsınlar, qalmaqal olsun, efirə reytinq gəlsin. Onlar da bundan qürur duyurlar, elə bilirlər, elə belə də olmalıdır. Hətta bəziləri kredit götürüb arxasını şişirdib. Dar paltar da geyinib, arxasını camaatın gözünə soxurlar. Ayıbdır valah. İncəsənət, Azərbaycan musiqisi əgər bu gün arxadan ibarətdirsə, deməyə sözümüz yoxdur".

Aşıq Zülfiyyə də arxasını tamaşaçıya çevirən sənətçilərə irad bildirib: "Bu olmaz. Mən istəmirəm ki, hər hansı bir sənətçi arxasını tamaşaçıya çevirsin. Hər bir sənət adamını zirvəyə qaldıran tamaşaçıdır".


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

Makron tezliklə vəzifəsini tərk edəcək - Trampdan ANONS

Makron tezliklə vəzifəsini tərk edəcək - Trampdan ANONS

Baksol yolundakı yanğın yerinə polislər CƏLB OLUNUB - VİDEO

Baksol yolundakı yanğın yerinə polislər CƏLB OLUNUB - VİDEO

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb - FOTO

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb - FOTO

DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

SON DƏQİQƏ: Bakıda güclü yanğın başlayıb - VİDEO

SON DƏQİQƏ: Bakıda güclü yanğın başlayıb - VİDEO

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR

Milli saxtakarlıq etdi, kubokla VİDALAŞDI

Milli saxtakarlıq etdi, kubokla VİDALAŞDI

Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

Mingəçevirdə bayram tonqalı yanğına səbəb oldu - ÖZƏL/VİDEO

Mingəçevirdə bayram tonqalı yanğına səbəb oldu - ÖZƏL/VİDEO

Ağdamda Novruza həsr olunmuş bayram konserti keçirildi - FOTO

Ağdamda Novruza həsr olunmuş bayram konserti keçirildi - FOTO

FİFA-dan İran Futbol Federasiyasına CAVAB GƏLDİ

FİFA-dan İran Futbol Federasiyasına CAVAB GƏLDİ

İsrail Tehranda “Bəsic”in ayrı-ayrı postlarını vurur - VİDEO

İsrail Tehranda “Bəsic”in ayrı-ayrı postlarını vurur - VİDEO

Bu məşhur aparıcı Xətaidə yanğın çıxan binada yaşayırmış - VİDEO

Bu məşhur aparıcı Xətaidə yanğın çıxan binada yaşayırmış - VİDEO

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti UZADILDI

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti UZADILDI

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayının qəbul CƏDVƏLİ

Bölgə klubu qapıçısı ilə yollarını ayırdı

Bölgə klubu qapıçısı ilə yollarını ayırdı

Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyuldu - FOTO

Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyuldu - FOTO

Netanyahu TƏSDİQLƏDİ: Laricani öldürülüb

Netanyahu TƏSDİQLƏDİ: Laricani öldürülüb

End of content

No more pages to load

RADİO