“Həkimə SMS yazmağa belə qorxuram” – Rövşanədən QALMAQALLI AÇIQLAMA

Son zamanlar diplomsuz həkimlərə və plastik “cərrah”lara qarşı artan ictimai tənqidlər, sosial şəbəkələrdə yayılan şikayətlər və qalmaqallar geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə uğursuz əməliyyatlar, qeyri-etik reklamlar və peşəyə uyğun olmayan davranışlar gündəmi zəbt edib.

Bu mövzu ilə bağlı tanınmış telejurnalist Rövşanə Ağasəfqızının dedikləri isə sosial mediada birmənalı qarşılanmayıb. Bəziləri onun uğursuz əməliyyatlarla gündəmə gələn həkimləri müdafiə etdiyini iddia edib.

“Həkimin səhvi varsa, əlbəttə cəzasını almalıdır”

Məsələ ilə bağlı Rövşanə Ağasəfqızı Bizim.Media-ya  açıqlamasında bildirib ki, səhvi olan heç bir həkim cəzasız qalmamalıdır:

 “Əgər həkimin günahı varsa, bu hüquqi yollarla sübut olunmalı və cəzasını almalıdır. Mən heç vaxt belə halları nə alqışlayıram, nə də müdafiə edirəm. Amma məsələ budur ki, həkimlik ən çətin və şərəfli peşələrdən biridir. İllərlə zəhmət çəkən həkimlərimiz var. Bir həkimə qarşı ortada heç bir sübut olmadan sosial şəbəkələrdə qaralama aparmaq, onun nüfuzunu yerləbir etmək nə dərəcədə doğrudur?”

Jurnalist əlavə edib ki, sosial mediada istənilən şəxsin rahatlıqla bir həkimi ittiham etməsi təhlükəli tendensiyadır:

“Bu gün kimsə bir həkimlə şəxsi problemi varsa, çıxıb deyə bilər ki, filan həkim məni kor etdi, simamı eybəcərləşdirdi və s. Bu da cəmiyyət arasında həkimlərə qarşı mənfi rəy yaradır. Sosial şəbəkələrdə bu sahədə ciddi hüquqi boşluq var”.

Jurnalist diqqətə çatdırıb ki, bütün dünyada həkimlərin hüquqlarının qorunması ilə bağlı qurumlar var:

“İstəyərdim ki, ölkəmizdə də bax belə bir qurum yaransın. Yenə də qeyd edirəm, mənim belə bir qurum yaratmaq fikrim var və reallaşdırmağı düşünürəm”.

Rövşanə Ağasəfqızı həkimlərə verilən mükafatların da şəffaf olmadığını deyib:

“Hər il müxtəlif mükafatlar təqdim olunur. Amma kimlərə, hansı əsasla verilir, bilinmir. O həkimlər digərlərindən nə ilə fərqlənir? Kriteriyalar nədir? Bu suallar cavabsız qalır. Sanki kim istəyir, o da mükafat alır”.

“Həkimlər ulduza çevrilib, xəstəni müştəri kimi görürlər”

Müsahibimiz bəzi həkimlərin özlərini ulduz kimi aparmasını da sərt tənqid edib:

 “Bu gün elə həkimlər var ki, onlarla əlaqə saxlamaq mümkün deyil. Hərəsinin bir neçə köməkçisi var, zənglərə cavab verilmir. Həkimlər xəstəyə yox, artıq müştəriyə çevrilən insana baxırmış kimi davranırlar. Ginekoloqlar sosial şəbəkələrdə etikadan uzaq reklamlar edirlər. Həkimə SMS yazmağa belə qorxuram ki, ictimailəşdirər. Bu, hansı peşə əxlaqına sığır?!

Peşəsinə hörmət edən həkim ilk növbədə davranışı ilə nümunə olmalıdır.

Hər kəs öz sahəsinə hörmət etməlidir. Həkim ulduz deyil, insanlara can verən şəxsdir. Özlərini reklamla ön plana çıxarmaqla əslində peşələrini gözdən salırlar”, - deyə o, bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

End of content

No more pages to load

RADİO